TRAMPın dünyanı qarışdıran "tvit"lərinin ARXASINDAKI ADAM

Trampın dünyanı qarışdıran

ABŞ prezidenti Donald Tramp sosial şəbəkələrdə, xüsusilə də "Twitter"də paylaşdığı mesajları ilə dünya gündəmini dəyişdirə bilən liderdir.
Qaynarinfo xəbər verir ki, bir müddət öncə onun 51 milyondan çox izləyicisi olan @realDonaldTrump hesabı ABŞ-da məhkəmə davalarının mövzusu olmuşdu.
Trampın rəsmi hesabı tərəfindən əngəllənən bəzi istifadəçilər prezidentin konstitusiyanın tələblərini pozduğunu iddia edirdilər. "New York Times" qəzetinin müxbiri Devid Dreperüçün məsələnin ilginc tərəfi açılan davada Trampla yanaşı daha bir şəxsin - Den Savinonun da ittiham edilməsidir.
D.Savino Tramp idarəçilinin əsas fiqurlarındandır. O, Ağ Evdə sosial media meneceri vəzifəsini icra edir.
"Daily Telegraph" qəzeti Savinonun Trampı hesablarına giriş icazəsi olduğunu yazır. Onun ABŞ-da Tramp əleyhinə açılan davalarda ittiham edilməsinin səbəbi də məhz budur.
"Daily Telegraph" qəzeti Trampın bəzi "tweet"lərinin Savino tərəfindən yazılmış ola biləcəyini də istisna etmir.
"Oktyabrın 4-də Savino şəxsi hesabında bir mesaj paylaşdı. O mesajda bunlar qeyd olunurdu: "NBC News #SaxtaXəbərdir və CNN-dən də ikiüzlüdür. Onlar yaxşı jurnalistikanın üz qarasıdırlar. Reytinqlərinin də bu qədər aşağı düşməsi təəccüblü deyil!". Bir neçə dəqiqə sonra eyni tweet Trampın hesabından paylaşıldı. Savino şəxsi hesabında paylaşılanı sildi, Trampın hesabındakı isə hələ də qalır", - qəzet yazıb.
Trampla Savinonun dostluğu 1990-cı illərə dayanır. "New York Times"ın müxbiri Devid Dreper 18 il öncə gənc Savinonun o zamanlar adı "Westchester County" olan, Tramp aldıqdan sonra isə adı Tramp Beynəlxalq Qolf Klubu olan qolf sahəsində zənginlərin golf çubuqlarını daşıdığını yazıb. Həmin vaxtlar Trampa da xidmət göstərərək, bunun qarşılığında 200 dollar bəxşiş alan Savinoya Trampın o zaman, "Gün gələcək ki, mənim üçün çalışacaqsan" sözlərini dediyini qeyd edib.
Təhsilini tamamladıqdan sonra 2004-cü ildə sözügedən Qolf Klubunda menecer köməkçisi kimi çalışmağa başlayan Savino 4 il sonra oranın direktoru olur.
Deper özünün məsləhət şirkətini yaradan Savinonun gözlədiyi uğuru əldə etmədiyini görükdən sonra Trampın oğlu vasitəsilə yenidən Tramp ailəsi üçün çalışmaq niyyətini bildirdiyini qeyd edib. Müxbir Savinonun 2013-cü ildə şəxsi sosial şəbəkə hesabında, "@realDonaldTrump olmasaydı, indi tutduğum vəzifədə ola bilməzdim", ifadəsini yazdığını qeyd edib.
Dreper 2014-cü ildə Trampın prezidentliyə namizədliyini irəli sürəcəyi ilə bağlı iddialar yeni-yeni ortaya çıxdığı zamanlarda Trampın oğlunun toyunda iştirak edən Savinonun ona, "Namizədliyinizi irəli sürdüyünüz zaman yanınızdayam" dediyini də yazıb.
2015-ci ildə Trampın rəsmən namizədliyini açıqlamasından sonra Savinonun seçki kampaniyasının bir parçası olduğu məlumdur.
"Kampaniyanın ilk aylarında Savino eynilə qolf sahəsində olduğu kimi Trampın gətir-götür işlərini həyata keçirir və onun diktə etdiyi tweet-ləri yazırdı", - deyə Dreper qeyd edir.
Qısa bir zamandan sonra Savino onun sosial şəbəkə hesablarını idarə etməyə başlayır. Dreper 2015-ci ilin noyabrında Savinonun Cənubi Karolina ştatında qatıldığı tədbirlərin birində, "Mənə 140 simvolun Ernest Heminqueyi deyirlər" ifadəsini işlətdiyini yazır.
Savinonun Trampın tweet-lərinin məzmununa müdaxilə etdiyi də iddia edilir. Lakin Dreper bunun hansı səviyyədə olduğunu dəqiq bilmədiyini ifadə edir. Onun Trampın prezident seçilməsi üçün o zamanlar Rusiyadan dəstək aldığı da bildirilir. Belə ki, ABŞ-da seçkilər ərəfəsində Rusiyanın Vkontakte sosial şəbəkəsi Trampın kampaniyasının reklamını aparmağı təklif etmək üçün Savino ilə əlaqəyə keçib.
"Washington Post"un xəbərinə görə, Savino Vkontakte-nin ABŞ-dakı təmsilçisi Rob Qoldstonla bu barədə danışıqlar aparıb: "Əlinizdəkiləri mənə göndərməkdən çəkinməyin. Donald Tramp və seçki kampaniyasına göstərdiyiniz dəstək üçün təşəkkürlər", - deyə o, Qoldstona yazıb.
Hər nə qədər ABŞ Senatının nümayəndəsi Dianna Feinsteyn Savinonu Konqresdə ifadə verməyə çağırsa da, bu çağırış Respublikaçılar tərəfindən dəstəklənməmiş və Tramp öz sosial media menecerinin arxasında durmuşdu.






Fikirlər