Tramp Putinlə yaxın günlərdə danışacaq – özü AÇIQLADI
ABŞ prezidenti Donald Tramp yaxın günlərdə rusiyalı həmkarı Vladimir Putinlə telefonla danışmaq niyyətindədir. Modern.az xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə NBC kanalının korrespondeti Helli Cekson "Twitter"dəki səhifəsində ABŞ-ın administrasiyasındakı mənbələrə istinadən yazıb. "Prezident Tramp və Vladimir Putin, administrasiyadakı mənbəyə əsasən, bu həftəsonu, gözlənildiyi kimi, telefonla danışacaqlar. Bu andiçmədən sonra ilk zəng olacaq" –deyə o bildirib. Bu arada, Donald Tramp deyib ki, Rusiya prezidenti Vladimir Putinlə söhbət etmək niyyətindədir. O, “Fox News”a müsahibəsində bu haqda danışıb. Ağ Ev rəhbərinin sözlərinə görə, Vladimir Putin ona seçkilərdə qalib gəldikdən sonra zəng edib: "Bizdə hələ müzakirələr olmayıb, amma mən bildiyimə görə tezliklə olacaq".