Krım tatarlarının liderinə 8 il həbs CƏZASI VERİLDİ

Krım tatarlarının liderinə 8 il həbs cəzası verildi 

Krım məhkəməsi sentyabrın 11-də Krım tatarlarının liderlərindən olan Ahtem Chiygozu 8 il həbsə məhkum edib. O, 2014-cü ilin fevralında Simferopolda qanunsuz nümayiş keçirməkdə günahkar bilinib.

Chiygoz Moskva Krımı anneksiya edəndən sonra ləğv olunan Krım tatarları məclisinin sədri idi və 2015-ci ilin yanvarında həbs olunmuşdu.
AŞPA və ATƏT 52 yaşlı Chiygozu və eyni ittihamla həbsdə olan Ali Asanovu və Mustafa Degermendzhy-ni siyasi məhbus sayır və onların azad azad olunmasına çağırır.






Fikirlər