04.03.2014. - Rusiya çeçenləri Krıma daşıyır - Şok

04.03.2014. -  Rusiya çeçenləri Krıma daşıyır - Şok
04.03.2014. -  Rusiya çeçenləri Krıma daşıyır - Şok










“Rusiya Krımda çeçen faktorundan da istifadə edir. Simferopolun Şkolnaya kəndinə bu səhər içərisində 50-yə yaxın çeçen olan 2 avtobus gətirilib. Baxçasaray rayonuna isə çeçenləri martın 1-dən yerləşdirməyə başlayıblar”.

Bu sözləri Krım tatarlarının Avromaydan təmsilçisi Aydar Muctaba deyib.

Onun sözlərinə görə, Baxçasarayda rusiyapərəstlərin keçirdiyi mitinqdə çeçen qız çıxış edib: “Rusiya öz ərazisində yaşayan müsəlman xalqlardan Krımın işğalı zamanı ona görə istifadə etməyə çalışır ki, onların vasitəsilə çoxmillətli Rusiyada xalqların necə azad, firavan yaşaması təəssüratları ilə tatarları öz mövqelərindən sapdırsın”.

Aydar Muctaba deyir ki, Rusiyanın bu tip təxribatlarla vahid mövqedən çıxış edən tatarlar arasında fikir ayrılığı yaratmaq mümkün olmayacaq.






Fikirlər