Ermənilər ƏSGƏRAN və XANKƏNDİNDƏN qaçır — POLİSLƏ QARŞIDURMA

Ermənilər Əsgəran və Xankəndidən qaçır — POLİSLƏ QARŞIDURMA

Polislə mülki vətəndaşlar arasında qarşıdurma olub

 AzerTaym.az xəbər verir ki, Əsgəran rayonunda məskunlaşmış ermənilərlə qondarma rejimin polis qüvvələri arasında ciddi toqquşma baş verib, mülki şəxslər arasında xeyli sayda yaralananlar var.

Bu haqda məlumatı işğal olunmuş Azərbaycan ərazisində yaşayan ermənilər sosial şəbəkələrdə yazıb. Sosial şəbədəki ermənilər yazır ki, Əsgəranda yaşayan ermənilər rayondan çıxıb, meşə yollarla Xankəndinə qaçmaq istəyiblər. Polislər isə əhalinin rayondan çıxmasının qarşısını almağa çalışıb. Bundan sonra polislərlə sakinlər arasında şiddətli toqquşma baş verib.

Həmçinin sosial şəbəkədə ermənilər yazır ki, hazırda Xankəndinin giriş-çıxışında ermənilərin rayondan qaçmasının qarşısını almaq üçün postlar qurulub.






Fikirlər