SON DƏQİQƏ - Ermənilər Ağdərə və Kəlbəcərdən qaçır

Ermənilər Ağdərə və Kəlbəcərdən qaçır -

Bu gün səhər saatlarından Azərbaycanın işğal edilmiş ərazilərində, xüsusulə Ağdərə və Kəlbəcərdə xaricdən gətirilib məskunlaşdırılan ermənilər yaşadıqları bölgələri tərk ediblər.

  "AzerTaym.az" modern.az-a istinadən bildirir ki, bu səbəbdən hərbçilərlə mülki əhali arasında ciddi qarşıdurma yaranıb.

 Ağdərənin Tərtərlə yaxın kəndlərində erməni hərbçilərlə mülki əhali arasında baş verən insident zəminində xeyli sayda ölən və yaralanan olub. Hadisəni telefonla görüntüyə alan 2 erməni hərbçilər tərəfindən yerindəcə güllələnib.

 Bununla da qarşıdurma güclənib və hərbçilər vəziyyətin gərginləşdiyini görüb mülki əhalinin cəbhəboyu kəndləri boşaltmalarının qarşısını almaqda gücsüz olublar.

 Bundan sonra kəndlərin kütləvi boşaldılması başlayıb.

 İrəvana gedən insanlar Ermənistanı tərk etmək istəsələr də, hava limanında maneçiliklə üzləşiblər. Onların Ermənistandan çıxışına yasaq qoyulub. Hərbi mənbələrdən verilən məlumatlara görə, anoloji hal Kəlbəcər rayonunda da yaşanır.

 Yaranmış gərginlik Ermənistanı ciddi rahatsız edib.

 Hətta Sarkisyannın şəxsi nümayəndəsi Ermənistanı tərk etmək istəyən mülki əhali qarşısına çıxaraq onları sakitləşdirməyə çalışsa da, bu, mümkün olmayıb.






Fikirlər