11.06.2014.- “İlham Əliyev Ermənistanı təkbaşına məğlub edir”

11.06.2014.- “İlham Əliyev Ermənistanı təkbaşına məğlub edir”İlham Əliyev bir neçə il öncə atdığı addımın bəhrəsini görür. O, Belarusu ağır vəziyyətdən çıxaranda, əlbəttə, gələcəkdə Lukaşenkonu Azərbaycanın maraqlarına uyğun hərəkət etmək məcburiyyəti qarşısında qoyacağını dəqiq hesablamışdı”
Azərbaycanın uğurlu xarici siyasəti nəticəsində Ermənistanın getdikcə təklənmiş vəziyyətə düşməsi artıq erməni mətbuatı tərəfindən də etiraf olunur.
Qazaxıstanda keçirilmiş məlum tədbir ətrafında müzakirələr açan ermənilər hadisələrin Azərbaycanın xeyrinə inkişaf etdiyini gizlətmir və bu vəziyyətdən xeyli pərişan olduğlarnı büruzə verirlər. İş o yerə çatıb ki, erməni analitikləri yaranmış situasiyanı Ermənistanın hazırkı hakimiyyətinin yarıtmazlığı ilə əlaqələndirir və konkret olaraq Serj Sarkisyanın ünvanına ittihamlar səsləndirirlər. Erməni politoloqlar hesab edir ki, Azərbaycanın uğurlu xarici siyasəti nəticəsində Ermənistan faktiki olaraq köməksiz vəziyyətdə qalıb, hətta ən yaxın müttəfiklərinin belə “üzü dönklüyünü” müşahidə edir. Əsas vurğunu Azərbaycan diplomatiyasının Ermənistanın əlindıki rıçaqları darmadağın etməsi faktına yönəldən erməni politoloqlar bu vəziyyətin rəsmi İrəvanı məğlubiyyətə yaxınlaşdırıdığını bildirirlər. Erməni mətbuatının təqdim etdiyi analitik məqalələrdə “İlham Əliyev Ermənistanı təkbaşına məğlub edir” kimi fikirlərə yer verir və rəsmi Bakının silaha əl atmadan da Ermənistandan üstün oldğunu etiraf olunur.
Yazı müəllifləri qeyd edirlər ki, Azərbaycanın iqtisadi imkanları Ermənistanla müqayisəolunmaz dərəcədə yüksəkdir və fərqlilik diplomatiya və xarici siyasət sahəsində də özünü göstərir: “Azərbaycan Ermənistanın bu vaxta qədər güvəndiyi “Rusiya və Fransa kartını” getdikcə neytrallaşdırır və rəsmi İrəvan əzəli dəstəyindən tədricən məhrum olunur. Son günlər müşahidə olunan proseslər də göstərir ki, Azərbaycan Ermnistan üzərində tam üstünlüyünü bərqərar edir. Rəsmi İrəvan yaranmış vəziyyəti pərdələməyə çalışsa da keçmiş SSRİ respublikaları içində söz sahiblərindən biri olan Qazaxıstanın qəfil “zərbəsi” qarşısında aciz qaldığı kənardan aydın şəkildə müşahidə olundu. Serj Sarkisyan sanki donub qalmışdı, Putinin və Lukaşenkonun səsi çıxmadı. Bax, vəziyyət bu qədər mürəkkəbdir. İlham Əliyev bir neçə il öncə atdığı addımın bəhrəsini görür. O, Belarusu ağır vəziyyətdən çıxaranda, əlbəttə, gələcəkdə Lukaşenkonu Azərbaycanın maraqlarına uyğun hərəkət etmək məcburiyyəti qarşısnda qoyacağını dəqiq hesablamışdı. Bu da nəticə. Nəinki Balarus, Rusiyanın özü də artıq Ermənistana əvvəlki münasibəti göstərmir və görünən odur ki, indi Moskva daha çox Azərbaycana tərəf meyillənir” – deyə erməni politoloqlar qeyd edirlər.

Göründüyü kimi, artıq ermənilər Azərbaycan diplomatiyasının qələbəsini etiraf edir və “İlham Əliyev Ermənistanı təkbaşına məğlub edir” deməklə əslində Azərbaycan Ordusunun hərəkətə gətiriləcəyi təqdirdə Ermənistanın daha acınacaqlı duruma düşəcəyinə işarə edirlər.

Başqa sözlə, ermənilər müşahidə edirlər ki, Azərbaycan hərbi vasitələrə əl atmadan da Ermənistanı məğlub etmək imkanında və qüdrətindədir.






Fikirlər