“Azərbaycan ORDUSU ilk həmlədəcə “Ohanyan xətti”ni darmadağın etdi” - GENERAL
“Qüvvə və vasitələrimizin hamısını tətbiq etsək erməni xalqının tarixdə yalnız adı qalacaq” Azərbaycan Ordusu ilk həmlədəcə ermənilərin “keçilməz” “Ohanyan xətti”ni darmadağın etdi. Bunu “AzeriDefence”yə açıqlamasında ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov bildirib. Generalın sözlərinə görə, ermənilərin 20 ildən artıqdır keçilməz müdafiə mövqeləri kimi təqdim etdikləri “Ohanyan xətti”ni Azərbaycan Ordusu cəmi bir neçə saata yarıb. “Onlar bu müdafiə mövqelərini tarixin məşhur “Majino” və “Mannerheym” xətləri ilə müqayisə eləyirdilər. Amma ömrü cəmi bir neçə saat çəkdi. Nə oldu bəs? Bunu Ohanyana sual verən lazımdır”, – deyə general bildirib. Y.Aydəmirov qeyd edib ki, hazırda Azərbaycan Silahlı Qüvvələri öz potensialının cüzi hissəsini istifadə etməklə cəbhədə uğurlu nailiyyətlər qazanır: “Biz qüvvə və vasitələrimizin hamısını tətbiq etsək, erməni xalqının tarix səhnəsində yalnız adı qalmış olacaq. Onlar başlarını işlədib, Sərkisyan-Ohanyan cütlüyünün illərdir xalqını hansı müsibətə sürüklədiyini dərk eləməli, bu gün yaşadıqlarından nəticə çıxarmalı, vaxtları varkən Azərbaycan ərazilərini tərk etməlidirlər. Əks halda gec olacaq”. AzerTaym.az