Hacı İbrahim qardaşı oğlunu MƏMUR övladlarına nümunə göstərdi — ƏSGƏRLİK QALMAQALI
“Avesta” konserninin prezidenti Hacı İbrahim Nehrəmli Ölkə.Az-a eksklüziv açıqlamasında qardaşı Nazim İbrahimovun oğlu Elnur İbrahimovun hərbi xidmətdən yayınması barədə danışıb:
"Qardaşım oğlunu 1 ilə yaxındır görmürəm. Elnur kişi kimi xidmət keçir. Gecə-gündüz xidmətindədir. O, cəmi evə bir dəfə gəlib. Bu da onun qanuni məzuniyyəti olub. Digər dövlət məmurlarının da övladlarına tövsiyə edirəm ki, kaş hamısı bu cür xidmət edələr. Elnurun kef etməsi, hərbi xidmətdən yayınması söhbətləri hamısı yalandır".
Qeyd edək ki, bu gün mətbuatda Diasporla İş üzrə Dövlət Komitəsinin sədri, biznesmen Hacı İbrahimin qardaşı Nazim İbrahimovun oğlunun həqiqi hərbi xidmət müddətindən sui-istifadə etdiyi haqda məlumatlar yayılıb.