ZİYA BÜNYADOVUN xanımı vəfat etdi

Ziya Bünyadovun xanımı vəfat etdi

Məşhur tarixçi alim, sabiq millət vəkili, mərhum akademik Ziya Bünyadovun xanımı Tahirə Bünyadova bu gün səhər saatlarında vəfat edib.

Bu barədə Modern.az saytına Bünyadovlar ailəsinin yaxınları məlumat veriblər.

Mərhumun dəfn mərasiminin Təzəpir məscidinfə keçiriləcəyi gözlənilir.
Modern.az-a məlum olub ki, Tahirə Bünyadova 91 yaşındaydı. O, son vaxtlara qədər Milli Məclisin kitabxanasında məsləhətçi işləyirdi. Əslən Qarabağdan olan Tahirə xanım Yusif Vəzir Çəmənzəmənlinin yaxın qohumudur. O, Moskvada Nərimanov adına Şərqşünaslıq İnstitutunda təhsil almışdı.
Akademik Ziya Bünyadov 1997-ci il fevral ayının 21-də yaşadığı binanın qarşısında cinayətkar qrup tərəfindən vəhşicəsinə qətlə yetirilib. 

 






Fikirlər