Azərbaycanın bu teatrında YEDDİ "ÖLÜ" İŞLƏYİR — FAKTLAR

Azərbaycanın bu teatrında yeddi "ölü" işləyir — FAKTLAR

Ölkə.Az-a Mingəçevir Dövlət Dram Teatrı ilə bağlı yeni informasiyalar daxil olub. Əldə etdiyimiz məlumata görə, teatrın ştat cədvəlində xeyli sayda "ölü" var.

Belə ki, bu şəxslərin adları ştat cədvəlində olsa da, son dəfə nə zaman işə gəldiklərini bəlkə özləri də xatırlamırlar.

Məsələn, quruluşçu rejissor ştatında olan Şəhla Hüseynovanın son dəfə nə zaman teatra gəldiyini əməkdaşlar da bilmirlər.

Dram artisti ştatında olan Malımova Nüşabə (9-cu dərəcə ilə 149 manat əmək haqqı yazılır), kadrlar şöbəsinin müdiri, direktor Səxavət Məmmədovun yaxın adamı Fatma Hətəmovanın anası, Hətəmova Xara (14-cü dərəcə 191 manat əməkhaqqı), İsayeva Lamiyə (12-ci dərəcə 167 manat), Quliyeva Ülviyyə (10-cu dərəcə 155 manat), Nuriyeva Püstə (9-cu dərəcə, 155 manat), İsmayılov Vüqar (9-cu dərəcə 149 manat) məhz həmin "ölülər"in siyahısındadır.

Qeyd edək ki, dram artisti kimi işə götürülmüş Vüqar İsmayılov Texniki Universitetin məzunudur.

Yaxın günlərdə teatrın ştat cədvəlinin fotosunu da oxucularımıza təqdim edəcəyik.

 






Fikirlər