TƏRTƏRDƏ 20 evə ziyan dəyib
Tərtər rayonu icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov dünən gecə ermənilərin rayonu atəşə tutmasından danışıb. İcra başçısı “Qafqazinfo”ya açıqlamasında bildirib ki, hazırda rayonda vəziyyət yaxşıdır: “Dünən gecə saatlarında ermənilər atəşkəsi pozdular. İndi isə sakitlikdir. Atəşkəsin pozulması nəticəsində 20 evə ziyan dəyib. Evlərdən 1-i dağılıb, qalanlarına isə qismən ziyan dəyib. Heç bir vəfat edən və yaralanan yoxdur. Kənd əhalisi öz işi ilə məşğuldur. Biz də hazırda rayonda küçələrə asfalt çəkirik. Hamı ordumuza inanır. Allah ordumuzu qorusun. Heç bir problem yoxdur”.