Ermənilər Tərtərdəki toy çadırını atəşə tutdu
Bu barədə virtualaz.org saytına Tərtər Rayon İcra Hakimiyyətinin sektor müdiri Murad Səfərov məlumat verib.
Murad Səfərov bildirdi ki, yaralı Müşkünaz Əliyeva Bərdəyə göndərilib: “Mədinə Tanrıverdiyeva da güllə yarası alıb. Lakin güllə ona dəyib keçib. Onun vəziyyəti normaldır, həyatı üçün təhlükə yoxdur. Müşkünaz Əliyevanın isə vəziyyəti nisbətən ağırdır, güllə çıxarılmalıdır”.
3 yaşlı Zəhra Əlizadənin də vəziyyəti normaldır: “Toy iştirakçıları təşvişə düşüb, basabas yaranıb. Nəticədə 3 yaşlı Zəhra xəsarət alıb. Ona güllə dəyməyib. Hər üç yaralı nəzarətdədir. Tərtər Rayon İcra Hakimiyyəti yaralıların vəziyyətini diqqətdə saxlayır. Jurnalistlər Qapanlı kəndinə gəlib vəziyyətlə yerində tanış ola bilərlər”.
Qeyd edək ki, Qapanlı kəndindi təmas xəttinin yaxınlığında yerləşir. Onu da xatırladaq ki, kənd sakini Barat Süleymanovun övladının kicik toy mərasimi zamanı ermənilər toy mağarını atəşə tutub. Hadisə nəticəsində toyda iştirak edən Müşkünaz Əliyeva və Mədinə Tanrıverdiyeva bacıları və 3 yaşlı Zəhra Əlizadə güllə yarası alıb.
Ülviyyə Virtualaz.org
* * * 14:55
Azərbaycanın Tərtər rayonunda Ermənistan ordusunun atəşkəsi pozması nəticəsində 3 nəfər yaralanıb.
“Report”un xəbərinə görə, hadisə rayonun təmas xəttinə yaxın yerləşən Qapanlı kəndində baş verib.
Belə ki, kənd sakini Barat Süleymanovun övladının kicik toy mərasimi zamanı ermənilər toy mağarını atəşə tutub. Hadisə nəticəsində toyda iştirak edən Müşkünaz Əliyeva və Mədinə Tanrıverdiyeva bacıları və 3 yaşlı Zəhra Əlizadə güllə yarası alıb.
Hər üç yaralı xəstəxanaya yerləşdirilib.