Sabit Hüseynzadə istefa ərizəsi yazdı - İŞDƏN GEDİR

1 saylı Kliniki Tibbi Mərkəzin baş həkimi Sabit Hüseynzadə öz xahişi ilə işdən çıxmaqla bağlı ərizə yazıb.

 

Bu barədə Report-un sorğusuna cavab olaraq Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib. Məlumata görə, hələ Səhiyyə naziri Oqtay Şirəliyev S.Hüseynzadənin vəzifədən azad edilməsi ilə bağlı əmr imzalamayıb.

 

Tibbi mərkəzin baş həkimi vəzifəsi müvəqqəti olaraq II cərrahiyyə şöbəsinin müdiri Ədalət Dadaşova tapşırılıb.

 

Qeyd edək ki, ötən ilin sentyabr ayında baş həkim vəzifəsinə təyin olunan S.Hüseynzadənin işdən çıxarılması xəbərini Virtualaz.org saytı yayıb. Saytın məlumatına görə, baş həkimin müalicə işləri üzrə müavini Məhəbbət İbrahimovanın da işdən çıxarılıb, amma bu xəbər hələlik təsdiqlənməyib.






Fikirlər