Əməkdar elm xadimi SAHİB Musayev
Musayev Sahib Kazım oğlu Azərbaycan Tibb Universitetinin AzerTaym.az
Pediatriya fakultəsinin “Daxili xəstəliklər” kafedrasının professoru, tibb elmləri doktoru, əməkdar elm xadimi.
Əslən qədim Borçalı mahalının (indiki Gürcüstanın Marneuli rayonundakı) Mameyi kəndindən olan Sahib Kazım oğlu Musayev 1952-ci ildə Qazaxstan Respublikasının Çimkənd vilayətində sürgündə dünyaya göz açıb.
O, 1954-cü ildə bəraət qazanmış valideynləri ilə bərabər sürgündən doğma Borçalıya qayıtmışdır.
Orta məktəbi Qərbi Azərbaycanın Loru bölgəsinin Ləmbəli kəndində bitirmişdir. 1966-cı ildə Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun (indiki Azərbaycan Dövlət Tibb Universitetinin) müalicə-profilaktika fakultəsinə daxil olub və 1975-ci ildə oranı bitirib.
1976-1981-ci illərdə Bakı şəhəri Təcili və təxirəsalınmaz Tibbi Stansiyasında həkim-kardioloq işləyib.
1983-ci ildən Azərbaycan Dövlət Tibb Universitetində işləyir.
1981-1984-ci illərdə moskvada - SSRİ Tibb Elmləri Akademiyasının Revmotologiya İnstitutunda aspirantura oxumuş, 1984-ci ildə həmin institutda “Sistem sklerodermiyasının kliniki-immunoloji xüsusiyyətləri” mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir.
1984-1987-ci illərdə Azərbaycan Tibb İnstitutuda “Daxili xəstəliklər” kafedrasında assistent vəzifəsində çalışıb.
1987-1991-ci illərdə yenə Moskvada - SSRİ Tibb Elmləri Akademiyasında doktornaturada fəaliyyət göstərmişdir.
1991-ci ildə “b-talasemiyada revmotoloji sindromlar”mövzusunda doktorluq dissertasiyasını müdafiə etmiş və tibb elmləri doktoru elmi adına layiq görülmüşdür.
1983-ci ildə X-cu Avropa Revmotoloji konqresində aktiv iştirakina görə Avropa Antirevmatik liqanın qırmızı diplomuna layiq görülmüşdür.
1992-ci ildən Azərbaycan Dövlət Tibb Universitetində pediatriya fakultəsinin “Daxili xəstəliklər” kafedrasında professor vəzifəsinə seçilmişdi.
Elmi işləri əsasən “Birləşdirici toxumanın diffuz xəstəliklərinin” kliniki-immunoloji xüsusiyyətləri, sistem vaskulitləri, irsi hemoglobinopatiyalarda revmatik sindromlar, revmatik xəstəliklərdə stomatoloji təzahürlər, birləşdirici toxumanın diffuz xəstəliklərində həzm sistemi orqanlarının vəziyyətinə həsr olunub.
Sahib Musayev Finlyandiyada, İtaliyada, Rumıniyada, Çexoslovakiyada, İzraildə, İstambulda, Antaliyada, Yaponiyada, Fransada, İspaniyada, Londonda keçirilən Beynəlxalq konqreslərdə aktiv iştirak etmişdir.
2005-ci ildə Beynalxalq Elmlər Akademiyası həqiqi üzvü seçilib.
2006- ci ildə Əməkdar Elm xadimi adına layiq görülmüşdür.
Prof. S.K. Musayev rəhbərliyi altına 6 namizədlik dissertasiyası yerinə yetirilib.
200 elmi işin, 4 tədris vəsaitin, 6 metodik vəsaitin müəllifidir