Amnistiya aktı daha 50 NƏFƏRƏ tətbiq edilib

Amnistiya aktı daha 50 nəfərə tətbiq edilib

Milli Məclisin “28 May - Respublika Günü münasibətilə amnistiya elan edilməsi haqqında” qərarı Ədliyyə Nazirliyinin Nəsimi və Sabunçu rayon icra şöbələrində icra olunub.
Bu barədə “Report”a nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Qərar iki rayon üzrə azadlıqdan məhrumetmə cəzası ilə əlaqədar olmayan cəzalara, o cümlədən cərimə cəzasına və islah işlərinə məhkum olunmuş 50-dən çox şəxsə tətbiq edilib.
Cəzadan azad olunan şəxslər dövlət başçısı İlham Əliyevə və amnistiya aktının təşəbbüskarı Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildirib, bir daha cinayət etməyəcəklərinə və qanunlara hörmət ruhunda davranaraq Vətənə və xalqa sədaqətlə xidmət edəcəklərinə söz veriblər.
Qeyd edək ki, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban Əliyeva 28 May - Respublika Günü münasibətilə “Amnistiya aktı haqqında” qanun layihəsinin qəbul olunması ilə bağlı parlamentə müraciət etmişdi. Amnistiya aktı təxminən 10 min məhbusu əhatə edəcək, o cümıədən, 3500 nəfərin məhkumluqdan azad edilməsi nəzərdə tutulur. Bu, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın amnistiya aktı ilə bağlı Milli Məclisə dördüncü müraciətidir.






Fikirlər