AHİK-in sədri, Milli Məclisin üzvü S.Mehbalıyevin Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında Qarabağ əlillərinin bir qrupu ilə görüşü oldu.
Müqəddəs Ramazan bayramı münasibətilə Qarabağ əlillərini təbrik edən Konfederasiya sədri onların hər birini ayrı-ayrılıqda dinlədi, güzəranları, iş, məişət qayğıları ilə maraqlandı.
Qarabağ əlillərinin, eləcə də şəhid ailələrinin, aztəminatlı ailələrin problemlərinin həmişə həmkarlar ittifaqlarının diqqətində olduğunu bildirən S.Mehbalıyev həmkarlar ittifaqı təşkilatlarına müraciət edən hər bir həmvətənimizin problemlərinə həssaslıqla yanışıldığını, həllinə köməklik göstərildiyini görüş iştirakçılarının nəzərinə çatdırdı. Onlara bildirdi ki, bundan sonra da hər hansı bir məsələ, problemlə bağlı Qarabağ əlillərinin, digər aztəminatlı ailələrin müraciətləri olduqda onlara hər cür köməklik və yardım göstəriləcəkdir.
Görüşdə iştirak edənlər göstərilən qayğı və diqqətə görə AHİK sədrinə öz minnətdalıqlarını bildirdilər. Görüşün sonunda Qarabağ əlillərinin hər birinə bayram nünasibətilə maddi yardım göstərildi.
AzerTaym.az