“Azərbaycan Dəmir Yolları” və “SIEMENS” arasında strateji əməkdaşlıq imkanları müzakirə olunub

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində Almaniyanın “Siemens” şirkətinin magistral nəqliyyat və satış üzrə rəhbəri   Vilyam Vilsonun rəhbərlik etdiyi nümayəndə heyəti  ilə görüş keçirilib.

 “Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun bildirib ki, QSC sədri Cavid Qurbanov keçirilən islahatlar, “Şərq-Qərb” və “Şimal-Cənub” Beynəlxalq Nəqlyyat  Dəhlizlərinin reallaşdırılması istiqamətində görülən işlər və qarşıda duran vəzifələr haqqında məlumat verib. C. Qurbanov deyib ki, “Azərbaycan Dəmir Yolları” QSC  ilə “Siemens” şirkəti arasında əlaqələrin dərin kökləri var. Hələ 2001-203-cü illərdə bu şirkət Bakı-Böyük Kəsik arasında fibro-optik rabitə sisteminin çəkilməsini həyata keçirib. Bu əlaqələr indi də davam edir.
 Görüşdə Azərbaycan Dəmir Yolları ilə tanışlıq, strateji əməkdaşlıq imkanları müzakirə olunub. “Siemens” şirkətinin magistral nəqliyyat və satış üzrə rəhbəri   V. Vilson   “Azərbaycan Dəmir Yolları” QSC-nin beynəlxalq və regional nəqliyyat layihələrində aktiv iştirakından, aparılan islahatlardan   məmnun qaldığını bildirib.
 Görüşdə ikitərəfli əməkdaşlığın bundan sonra daha da genişləndirilməsi qərara alınıb. Sonra “Siemens” və “AZƏRSİS-Bakı” şirkətləri, “SİS-Minsk” şirkətlər qrupunun təşəbbüsü ilə, “Azərbaycan Dəmir Yolları” QSC üçün birgünlük seminar keçirilib. Seminarın əsas məqsədi mərkəzləşdirmə və bloklama sistemləri sahəsində layihələrin reallaşdırılması, həmçinin kooperasiya imkanları məsələləri ilə tanışlıq olub.
 Qeyd edək ki, “Siemens” şirkəti dəmir yolu nəqliyyatı üçün lokomotiv, elektrikləşdirmə, həmçinin mərkəzləşdirmə və bloklama sistemlərinin istehsalı üzrə dünya  lideridir. “SİS-Mİnsk” şirkətlər  qrupu nəqliyyat sistemləri, elektrik enerjisi, avtomatlaşdırma və telekommunikasiya sahəsində MDB məkanında fəaliyyət göstərən iri sistem inteqratorudur. Seminarın gedişində mərkəzləşdirmə və bloklama sistemlərinin reallaşdırılması sahəsində mövcud imkanlarımız və ümumi konsepsiya, Layihələndirmə və birgə fəaliyyət, İxrac proqramında iştirak məsələləri müzakirə olunub.






Fikirlər