Lütfi Zadənin nəzəriyyəsi əsasında İLK ROBOT hazırlandı - Yaponiyada

Yapon alimləri ilk dəfə  olaraq süni-intellektə sahib robotu ictimaiyyətə nümayiş etdirdilər. 

Moderator.az xəbər verir ki, yapon alimlərinin hazırladığı Alter adlı robot Tokiodakı Beynəlxalq Elm Muzeyində sərgilənib. 
İnsan beynindəki sinir şəbəkələrinin  bənzəri olan  elektrik siqnallarına malik olan robot adamların hərəkətlərini asanlıqla təqlid edə biləcək.
Qeyd edək ki, robotun hazırlanmasında əsas götürülən süni-intellekt nəzəriyyəsi həmyerlimiz Lütfi Zadəyə məxsusdu. Bir neçə il bundan əvvəl, yaponlar Lütfi Zadəyə nəzəriyyələrinə görə, özlərinin məşhur “Honda” mükafatını vermişdilər.

 






Fikirlər