«ÇUDO PEÇKA»da qiyam gözlənilir – İşçilər maaşsız qalıb

1447146645

Binəqədi rayonu, Cəfər Xəndan 36 a küçəsində yerləşən “Çudo peçka” mağazasının işçiləri 6 aydır maaş almırlar. Bu barədə mağazada çalışan İmran Rzayev məlumat verib:

“Bizə deyirlər ki pul yoxdur. Hərdənbir 10-20 manat pul verirlər. O pulla ailə dolandırmaq olar? Əlacımız olmadığı üçün işləməyə davam edirik. Problemlə bağlı Binəqədi rayon məhkəməsinə də müraciət etmişik. İşə hazırda məhkəmədə baxılır”.

Amma sən demə, məsələ bir mağazayla kifayətlənmirmiş. Bizə daxil olan məlumata görə, “Çudo Peçka”nın əksər mağazalarında işçilər aylardır maaş üzü görmürlər. İşçilərə vəd verirlər ki, yay mövsümü olduğuna görə, satış aşağı düşüb. Amma söhbət ondan gedir ki, fevral ayından bəri işçilər bir köpük yiyəsi deyillər.

Redaksiymıza daxil olan məlumata görə, “Çudo Peçka”nın işçiləri əməkhaqlarının verilməməsi ilə bağlı piket keçirmək niyyətindədirlər. “Biz bütün medianı və TV-i dəvət edəcəyik. Məqsədimiz odur ki, çəkib göstərsinlər. Cəlilovlar başımıza oyun açır. Deyirlər pul yoxdu. Şirniyyat aparın satın. Məktəbə gedəsi uşaqlarımız var. Dərs başlayır, bunları belə nəzərə almırlar».

 






Fikirlər