NAZİM ibrahimova QARŞI MAAŞ üsyanı

 

Nazim ibrahimova qarşı maaş üsyanı

 

 

 

 

Diaspora Komitəsində maaşlarını ala bilməyənlər etiraza qalxıb

Diaspora Komitəsində narazılıq yaranıb. Belə ki, unikal.org-a daxil olan məlumatı görə, 2016-cı ilin ikinci ayı olmasına baxmayaraq, komitə işçiləri hələ də əmək haqlarını ala bilməyiblər.

Bu barədə bizi bilgiləndirən komitə əməkdaşlarından biri deyib ki, məsələylə bağlı muhasibatlığa müraciət etsələr də, onlara normal cavab verilməyib. İşçilərə bildirilib ki, büdcədən pul ayrılmadığı üçün əməkhaqları gecikir. Ancaq əldə etdiyimiz məlumata görə, işçilərin əməkhaqqı köçürülüb.

Sadəcə olaraq, Nazim İbrahimovun rəhbərliyi etdiyi qurum işçiləri incitmək yolundan əl çəkmək istəmir. Elə bu səbəbdən də narazı işçilər komitə sədri Nazim İbrahimovun qəbul otağının qarşısına toplaşıblar.






Fikirlər