Baş prokurordan Əli İnsanovla bağlı açıqlama

zakir

Azərbaycanın baş prokuroru Zakir Qaralov həbsdə olan sabiq səhiyyə naziri Əli İnsanov barəsində yeni cinayət işinin açılmasına münasibət bildirib. 

“Report”un xəbərinə görə, Z.Qaralov jurnalistlərə deyib ki, o, cinayət törətməsəydi, cinayət işi açılmazdı:“Cinayət işi açılıbsa, istintaq olunmalıdır. Açılmış cinayət işi ilə bağlı nə demək olar ki?!”.

Qeyd edək ki, həbsdə olan sabiq səhiyyə naziri Əli İnsanova Cinayət Məcəlləsinin (CM) üç maddəsi ilə ittiham irəli sürülüb. Sabiq nazir CM-in 234.1 (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama), 315.2 (Hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etməklə müqavimət göstərmə, xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar ona və ya onun yaxın qohumlarına qarşı belə zor tətbiq etmə və ya zor tətbiq etmə hədəsi ilə hədələmə, bu maddədə göstərilən şəxslərə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) və 317-2.1-ci (Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi, eyni əməllər təkrar törədildikdə) maddələri ilə ittiham olunur.

 






Fikirlər