Son 30-40 ildə dünyada daha çox populyralıq qazanmış içkilərdən olan “Coca-cola”, “Fanta”, “Pepsi” şirələrinin zərəri barədə dəfələrlə yazılsa da, onların tərkibinə qatılan narkotik tipli maddələr insanları bu zərərli içkilərdən çəkindirməyə imkan vermir. Hətta bir sıra İslam nümayəndələri “Coca-Cola”nın şüşələri üzərindəki yazılış formasını tərsinə oxuyanda “Məkkə yox, Məhəmməd yox” yazıldığını iddia edərək bu şirələrin bəşəriyyət əleyhinə yönəldiyini qabartmağa çalışıblar.
Ancaq Moderator.az-ın İsrail (!) mətbuatına istinadla əldə etdiyi materialda Amerika(!) ekspertlərinin özləri bu nəhəng qazlı içki şirkətləri haqqında dəhşətli faktlar açıqlayırlar.
Boston Universitetinin ekspertlərinin apardıqları araşdırmanın nəticələrindən bəlli olur ki, “Coca-Cola" və "PepsiCo" şirkətləri ABŞ-ın 96 tibbi qurumu ilə gizli razılaşmaya gəliblər. Araşdırmanın nəticələri "American Journal of Preventive Medicine" nəşrində dərc edilib.
Müəyyən edilib ki, 2011-2015-ci illər arasında qazlı içki istehsalçıları "Coca-Cola Company" və "PepsiCo" səhiyyə qurumlarının hesablarına əslində rüşvət məqsədi daşıyan pul köçürüblər. Bu strukturların bir çoxu piylənmə ilə mübarizə aparan tibb müəssisələridir. Sövdələşmənin təxmin edilən məqsədi qazlı içkilərin piylənməyə səbəb olması faktını ictimaiyyətdən gizlətmək olub. Bu razılaşma nəticəsində ABŞ və digər ölkələrdə əhali arasında piylənmə epidemiyasının səviyyəsi qat-qat yüksəlib. Boston alimləri bəyan edib ki, "Coca-Cola" və "PepsiCo" səhiyyə təşkilatlarına rüşvət verməklə qazlı içkilərin istehlakının azaldılmasına səbəb olan qanunların qəbul edilməməsinə və ya neytrallaşdırılmasına nail olublar. “Nəticədə səhiyyə bu strukturları qeyri-iradi olaraq əhalinin sağlamlığının məhvinə yönəlmiş korporativ piar-strategiyanın partnyorlarına çevriliblər...” - deyə bəyanatda vurğulanır.
Qeyd edilir ki, adıçəkilən şirkətlər son 5 ildə səhiyyə sahəsində 29 qanun layihəsinə qarşı lobbiçilik edib. Bu qanun layihələri artıq çəki ilə mübarizə və şəkərli qazlı içkilərin istehlakının məhdudlaşdırılması kimi məsələləri əhatə edirmiş.
Beləliklə, 2011-2014-cü illərdə "Coca-Cola" sözügedən məqsədlər üçün ildə 6 milyon, "PepsiCo" isə 3 milyon dollardan çox pul xərcləyib. ABŞ-ın “Azadlıq” radiosunun son saatlarda yaydığı məlumatına görə isə bu şirkətlərlə gizli və məkrli sövdələşməyə girmiş 96 səhiyyə müəssisəsindən 12-si hər iki şirkətdən pul alırmış. Biri yalnız "PepsiCo"dan, 83-ü isə təkcə "Coca-Cola"dan pul alırmış...
Araşdırma Amerika səhiyyəsi üçün daha bir acınacaqlı faktı üzə çıxarıb. Sözügedən kompaniyalarla faktiki korrupsiya əlaqəsinə girmiş tibb qurumlarından ikisi məhz diabet (“şəkər) xəstəliyi üzrə ixtisaslaşmış təşkilatdır. Qazlı içkilərin isə “şəkər”i artırmasına artıq heç kəs şübhə etmir...
Sultan Laçın
Fikirlər