18 oktyabr 2016-cı il tarixdə Nərimanov Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər Şahmat Məktəbində Dövlət Müstəqilliyinin 25 illiyinə həsr olunmuş məktəblilər arasında şahmat turniri keçirilib.
Turnirin keçirilməsində məqsəd Dövlət Müstəqilliyinin 25 illiyini geniş qeyd etmək, rayonda şahmat idman növünü daha da inkişaf etdirmək, yeniyetmə və gənclərin asudə vaxtlarını səmərəli təşkil etmək, idmana olan maraqlarını daha da artırmaqdır .
Yarışın açılış mərasimində Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin məsul əməkdaşı Salman Əbdülov, Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər Şahmat Məktəbin direktoru Cəmil Fətullayev çıxış edərək iştirakçıları “18 oktyabr - Dövlət Müstəqilliyi Günü” münasibətilə təbrik etmiş, onlara uğurlar diləmişlər.
Qeyd edək ki, yarışlar İsveçrə sistemi üzrə keçirilib. Yarışda 22 nəfər məktəbli (onlardan 4 nəfər qızlardır) iştirak edib.
Yarışın nəticəсinə görə oğlanlar arasında I yerə Mustafazadə Fikrət, II yerə Bayramov Ülvi, III yerə Xəlilov Emin, qızlar arasında isə I yerə Məmmədova Yasəmən, II yerə Nağıyeva Ləman, III yerə İsmayılova Xanım layiq görülmüşlər.
Yarışda I, II və III yerləri tutmuş məktəblilər Nərimanov Rayon Gənclər və İdman İdarəsi tətəfindən müvafiq dərəcəli diplom, medal və xatirə hədiyyələri ilə təltif olunmuşlar. AzerTaym.az