Partlayışda yaralanan aparat rəhbəri öldü

Abşeron rayonunun Hökməli qəsəbəsində yerləşən villada baş verən partlayış zamanı ağır xəsarət alan Azəravtoyol MMC-in aparat rəhbəri Müşviq Abbasov dünyasını dəyişib.

Report-un xəbərinə görə, hadisədən sonra M.Abbasov Türkiyəyə aparılmış və oradakı xəstəxanalardan birinə yerləşdirilmişdi.

O, oktyabrın 27-də Ankarada xəstəxanada vəfat edib. 

Onun həyat yoldaşı Şəbruz Novruzovanın vəziyyəti isə ağır olaraq qalır.

Qeyd edək ki, oktyabrın 20-də Abşeron rayonun Hökməli qəsəbəsi Koroğlu küçəsi döngə 5 ünvanında fərdi yaşayış evində partlayış baş verib. Hadisə zamanı ev sahibi Müşviq Abbasov, həyat yoldaşı Şəbruz Novruzova, 12 yaşlı qızları Leyla Abbasova ağır xəsarət alıblar, 3 yaşlı qızları Banuçiçək Abbasova isə ölüb.

M.Abbasov və həyat yoldaşı Türkiyədə xəstəxanaya yerləşdirilmişdilər.

Xatırladaq ki, M.Abbasov Azəravtoyol MMC-də Aparat rəhbəri vəzifəsində işləyib.






Fikirlər