Şahbaz Xuduoğlu qəzaya düşdü - həyat yoldaşı dünyasını dəyişdi

Şahbaz Xuduoğlu qəzaya düşdü - həyat yoldaşı dünyasını dəyişdiBu dəqiqələrdə həmkarımız, tanınmış naşir Şahbaz Xuduoğlunun ağır qəza keçirdiyi xəbəri yayılıb.

Axar.az xəbər verir ki, Şahbaz Xuduoğlu Yardımlıdan yas mərasimindən qayıdarkən qəzaya düşüb və həyat yoldaşı dünyasını dəyişib.
Hazırda mərhumə Bakıya gətirilir.

Xatırladaq ki, Ş.Xuduoğlunun həyat yoldaşı Tənzilə Rüstəmxanlının bacısıdır.
***
Qeyd edək ki, Masallı-Yardımlı yolunda ölümlə nəticələnən yol qəzası baş verib. Hadisə bu gün saat 15.30 radələrində qeydə alınıb. “Toyota Prado” markalı avtomobilin dərəyə aşması nəticəsində maşında olan 1971-ci il təvəllüdlü Könül Yolçu qızı Rüstəmxanlı hadisə yerində dünyasını dəyişib. Avtomobildə olan digər sərnişin Əliyeva İlahə Xudu qızı isə xəsarət alaraq Masallı Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Qeyd edək ki, yol qəzasında dünyasını dəyişən Könül Rüstəmxanlı “Qanun” Nəşrlər Evinin sahibi, jurnalist Şahbaz Xuduoğluun həyat yoldaşı, yaralanan İlahə Əliyeva isə bacısıdır.
***
Bildirilir ki, avtomobildə 5 nəfər olub. Maşında Şahbaz Xuduoğlu, xanımı, bacısı və bacısının yoldaşı olub.

Millət vəkili Sabir Rüstəmxanlı da qardaşı ilə bərabər əmisinin yasndan qayıtsa da, digər avtomobildə olub. Ş.Xuduoğlunun bacısı oğlu, "Aznews.az" saytının baş redaktoru Teleqraf.com-a bildirib ki, qəzada xəsarət alan digər şəxslərin durumu qənaətbəxşdir.

Allah rəhmət eləsin!







Fikirlər