İTV-nin aparıcısının avtomobili kanala düşdü: 1 ölü- 09.01.2014
Qəzaya uğrayan avtomobilin sürücüsünün İTV-nin aparıcısı Rafiq Məmmədov olduğu bildirilir. ANS PRESS-in məlumatına görə, qəzada dünyasını dəyişən Pərvanə Məmmədova Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşıdır.
10:12:00
Bu gün saat 10:00 radələrində Bakının Suraxanı rayonunda ağır yol qəzası baş verib. Rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, Hövsan qəsəbəsində, “Hyundai” markalı avtomobil Hövsan kanalına düşüb. Nəticədə avtomobildə olan sərnişin dünyasını dəyişib, sürücü isə xilas ola bilib.
Sürücünün İTV telekanalının əməkdaşı olduğu bildirilir. Lakin hələlik onun kimliyi müəyyən olunmayıb. Hadisə nətcəsində isə sürücünün bacısı 32 yaşlı Pərvanı Valeh qızı Məmmədova boğulub.
Dünyasını dəyişən qadının Səhiyyə Nazirliyinin əməkdaşı olduğu bildirilir. Hazırda hadisə yerində Fövqəladə Hallar Nazirliyinin xilasediciləri, təcili yardım həkimləri, polis, prokurorluq və digər hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.