"Əlillərə verilən müavinət utancvericidir"

“Əlillərə verilən müavinət utancvericidir”. 

Modern.az-ın xəbərinə görə, bu sözləri deputat Elmira Axundova Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bugünkü iclasında deyib.

O bildirib ki, əlil ona verilən 55 manatlıq müavinətlə necə yaşaya bilər?:

 “Bu, sadəcə utancdır. Ona görə də bu məsləyə mütləq baxmaq lazımdır. Onunla necə yaşamaq olar?”. Deputat Aytən Mustafayeva bildirib ki, büdcədə mütləq əlillərə verilən 55 manatlıq müavinət məsələsinə baxıb qaldırmaq lazımdır:

“Bu vəsaitlə əlil hansı problemini həll edə bilər ki? O bu pulla kommunal xərclərini ödəsin, yoxsa dolansın?!”.

Komitə sədri Hadi Rəcəbli bildirib ki, bu məsələlər həssas olduğundan diqqətlə yanaşmaq lazımdır:

 “Büdcədə sosial müdafiə məqsədləri üçün vəsait artırılıb ki, bu da müavinətlərin artırılmasına yönəldiləcək. İndiki inflyasiya şəraitində indeksasiya məsələsi nəzərə alınacaq. Məhz sosial müavinətlərin, pensiyaların artırılması məqsədi ilə büdcədən ayırmalar nəzərdə tutulub”.

 Bununla belə komitə sədri bildirib ki, növbəti ildə ehtiyac meyarında artım olmasa da, yaşayış minimumunda artım olacaq: “Odur ki, növbəti ildə ünvanlı sosial yardımlarda artım gözlənilmir”-deyə bildirib.






Fikirlər