“Uşaqları buraxın, nə deyirsiniz, edəcəm“ - Akif Çovdarov
Bu gün Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarov, 1-ci idarəsinin sabiq rəisi Səlim Məmmədov, 2-ci idarənin sabiq rəisi Akif Əliyev və 3-cü idarənin 1-ci şöbəsinin sabiq rəis müavini Orxan Osmanovun cinayət işi üzrə məhkəmənin baxış iclası davam edib. Prosesdə Çovdarovun işinə yeni qoşulan vəkili Şahin Rəfiyev cinayət işi ilə tanış olmaq üçün vaxt istəsə də, hakim bunu təmin etməyib. Akif Çovdarovun vəkilləri eyni zamanda cinayət işinə xitam verilməsi ilə bağlı vəsatət veriblər. Eləcə də, Akif Çovdarov barəsində həbs qərarının ləğv edilməsini, barəsində ev dustaqlığının seçilməsini istəyiblər. Bu vəsatətlərin heç biri təmin edilməyib.