Astan Şahverdiyevlə bağlı 9 deputat komissiyada yığışacaq: Sədr DANIŞDI

Rusiya bazarlarında işləyən azərbaycanlıları "otxod" adlandıran deputatla bağlı Milli Məclisin İltizam Komissiyası toplanacaq.
Bu barədə komissiyanın sədri Ağacan Əbiyev məlumat verib. O, qeyd edib ki, komissiyasının 9 üzvü yığışacaq: "Parlamentin bu ilki son iclasında Astan Şahverdiyevin dedikləri müzakirə olunacaq. Təhqirə yol verən deputatla bağlı qərar veriləcək. Dediklərinə görə cəzasını alacaq".






Fikirlər