Məşhur “Maqnit” şəbəkəsi necə müflis oldu? - ixtisarlar, cəmi 5 mağaza qalıb - Dosye

Məşhur “Maqnit” şəbəkəsi necə müflis oldu? - ixtisarlar, cəmi 5 mağaza qalıb

2015-ci ilin noyabr-dekabr aylarında “Maqnit” mağazalar şəbəkəsinin 9 obyekti bağlanıb

Politika.Az xəbər verir ki, firma rəhbərliyi işçilərini ixtismar etmək məcburiyyətində qalıb. 

“Maqnit” mağazalar şəbəkəsinə 14 mağaza, anbar və mərkəzi ofis daxildir. Amma cəmi 5 mağazası fəaliyyət göstərə bilir. 

Nəticədə xeyli sayda insan iş yerini itirib. Buna səbəb isə iki faktor olub. Bir yandan yaanmış borclar və iqtisadi böhran, digər yandan isə MTN işinə görə cəncələ düşməsidir. 

Hazırda “Maqnit” tənəzzül dövrünü yaşamaqdadır. Bir vaxtlar efirdə reklamı gedən, endirim kampaniyaları və müxtəlif cəlbedici kredit şərtləri təklif edən mağazalar şəbəkəsinin cəmi 5 dükanı qalıb. 

Politika.Az xəbər verir ki, MTN-in Transmilli Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəis müavini, 1-ci idarənin sabiq rəisi Fizuli Əliyev və 2-ci idarənin 3-cü şöbəsinin sabiq rəisi Natiq Alıyevin növbəti qurbanı “Maqnit” mağazalar şəbəkəsinin sahibi Seymur Abdullayev olub.

Zərərçəkmiş istintaqa verdiyi ifadəsində satış məqsədilə ölkəyə məişət texnikası idxal etdiyini, onların satışının təşkili ilə məşğul olduğunu deyib. 2015-ci ilin mart ayının sonunda mağaza sahibinə naməlum nömrədən zəng daxil olub. 

Bu zəngdən sonra sahibkarın qara günləri başlayıb. Zəng vuran şəxs MTN-in şöbə rəisi Natıq Alıyev olduğunu deyib və onu nazirliyə dəvət edib. MTN adlı qurumla heç vaxt əlaqəsi olmayan sahibkar nə səbəbə çağırıldığını anlamayıb. 

1992-1994-cü illərdə Daxili İşlər Nazirliyinin Narkomaniya və Narkobiznesə Qarşı Mübarizə Baş İdarəsində əməliyyat müvəkkili işləyən vaxtlarda rəisi Eldar Mahmudovu, Akif Çovdarovu və Hilal Əsədovu tanıyıb, onlarla xidməti münasibətləri olub. 

MTN əməkdaşı sahibkara deyib ki, MTN-in 4-cü Baş İdarəsinin üzərinə ciddi tapşırıq qoyulub. Tapşırıq Bakı şəhərində sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin MTN-ə müəyyən miqdarda pul verməsindən ibarət imiş. Sahibkar əvvəlcə deyilənlərlə razılaşmasa da, ondan nə qədər pul istəniləcəyini soruşub. N.Aliyev məbləği açıqlayıb – 500 min dollar. 

S.Abdllayev bu qədər məbləği verə bilməyəcəyini, cəmi 50 min dollara gücü çatdığını bildirdikdə, ona hədə-qorxu gəlinib: 

“Dedi ki, ölkəyə qaçaqmalıçılıq yolu ilə mal gətirisən, əgər 500 min dollar verməsən, sənə problem yaranacaq, mağazalarının hamısı bağlanacaq. Fikirləşmək üçün vaxt istədim. İş yerimə qayıdıb fikirləşdim. Eşitmişdim ki, bir çox sahibkarlar pul vermədiklərinə görə problemlə üzləşiblər”.

 






Fikirlər