ATV-dən AÇIQLAMA: "Məktəb rəhbərliyi nöqsanları örtməyə çalışır"

"ATV” telekanalı "Yoxlama” verilişi ilə bağlı yayılan informasiyaya aydınlıq gətirib.
Unikal.org-a daxil olan məlumatda qeyd olunur ki, Azad Azərbaycan Teleradio Yayım Kompaniyası olaraq ictimaiyyətə bəyan edirik ki, kanalımızda yayımlanan "Yoxlama” verilişinin ətrafında qoparılan növbəti süni və saxta hay-küy tamamilə əsassızdır:
"Həmçinin məlum məktəb rəhbərliyi tərəfindən fəaliyyətlərindəki nöqsanların ifşasının qarşısını böhtan atmaqla örtməyə çalışmaqdan başqa bir şey deyil. Dəyərli Azərbaycan ictimaiyyətinə müraciət edir və bildiririk ki, 10 yanvar tarixində, saat 23:00-da ATV kanalında "Yoxlama" verilişinin sözügedən buraxılışını izləyərək, məlum iddiaların nə qədər əsassız və yersiz olduğunu öz gözləri ilə görə bilərlər.
Bizim məqsədimiz yalnız və yalnız övladlarının sağlam və gigiyenik qidalanmasını arzulayan valideynlərin müraciətlərinə əsasən sadə yoxlama aparmaq idi. Yoxlamanın nəticəsini isə özünüz yanvarın 10- u, 23:00 –da görəcəksiniz".
AzərTaym.az

 






Fikirlər