Deputatın zavodunda saxtakarlıq - YOXLAMA GƏLİR

Deputatın zavodunda saxtakarlıq - YOXLAMA GƏLİRDeputat Xanlar Fətiyevin işi təftiş olunacaq.

"AzerTaym.az"-ın xəbərinə görə Tia.az-a verilən məlumatda qeyd olunur ki, “Gəncə avtomobil zavodu”nun işində bəzi nöqsanlar aşkarlanıb. Birliyin Müşahidə Şurasının sədri X.Fətiyev isə baş verənlərdən bərk narahatlıq keçirib.

Mənbənin sözlərinə görə, ötən ilin iyununda zavodunun Servis İdarəsi bazasında xüsusi monitorinq qrupu yaradılıb. Qrupa zavodun, Minsk traktor zavodunun, Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyinin və "Aqrolizinq" ASC-nin mütəxəssisləri daxildir.

Monitorinq qrupuna istehsal olunan traktorların və kənd təsərrüfatı texnikası istifadəçilərinin yoxlanılması və maarifləndirilməsi tapşırılsa da, iş icrasız qalıb. Ölkənin heç bir rayonunda mütəmadi yoxlamalar aparılmayıb.






Fikirlər