I.ƏLİYEV büdcədən 18 milyon manat ayırdı- Sərəncam

I.ƏLİYEV büdcədən 18 milyon manat ayırdı- Sərəncam İlham Əliyev kənd təsərrüfatı haqqında sərəncam imzalayıb

Azərbaycan prezidenti İlham Əliyev kənd təsərrüfatı məhsulları istehsalçılarının kənd təsərrüfatı texnikası ilə təminatına və heyvandarlığın inkişafına əlavə dəstək haqqında sərəncam imzalayıb.

“AzerTaym.az"-ın məlumatına görə, sərəncamda aşağıdakı göstərişlər verilib:

1. Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulan Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinə kənd təsərrüfatı məhsulları istehsalçılarının kənd təsərrüfatı texnikasına ehtiyacını ödəmək üçün 8,0 (səkkiz) milyon manat və xaricdən damazlıq heyvanların idxalının və heyvandarlıqla məşğul olan təsərrüfatlara 50 faiz güzəştlə lizinq yolu ilə satılmasının həyata keçirilməsi üçün 10,0 (on) milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin”.






Fikirlər