25.07.2014- Prezident İlham Əliyev yol tikintisinə 4 milyon manat ayırdı

25.07.2014- Prezident İlham Əliyev yol tikintisinə 4 milyon manat ayırdıAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı-Quba magistralı-Xızı rayonunun Şuraabad qəsəbəsi avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
AzərTAc xəbər verir ki, sənəddə deyilir:
“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Bakı-Quba magistralı-Xızı rayonunun Şuraabad qəsəbəsi avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyinə 4,0 (dörd) milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin”.






Fikirlər