İlham Əliyev Zabrat-Kürdəxanı-Pirşağı avtomobil yolunun açılışında iştirak edib – FOTO
Azertaym.az-ın AzərTAc-a istinadən verdiyi xəbərə əsasən, əvvəlcə dövlətimizin başçısı Bilgəh-Novxanı-Xırdalan avtomobil yolunda qovşaqların və piyada keçidlərinin tikintisini əks etdirən plana baxdı.
Prezident İlham Əliyev yenidən qurulan Zabrat-Kürdəxanı-Pirşağı avtomobil yolunun texniki göstəriciləri ilə tanış oldu.
Nəqliyyat naziri Ziya Məmmədov dövlətimizin başçısına məlumat verdi ki, birinci texniki dərəcəli dördzolaqlı yolun hərəkət hissəsinin eni 15 metrdir.
Yenidənqurma işləri Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı çərçivəsində aparılmışdır.
Prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsdi.