07.08.2014- İlham Əliyev Ağdama pul ayırdı

07.08.2014- İlham Əliyev Ağdama pul ayırdıAzərbaycan Respublikası Prezidenti İlham Əliyev Ağdam rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Prezidentin rəsmi saytına istinadən xəbər verilir ki, sərəncama əsasən Quzanlı qəsəbəsində abadlıq-quruculuq işlərinin davam etdirilməsini, habelə "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda rayon üzrə müəyyən olunmuş tədbirlərin həyata keçirilməsini təmin etmək, Ağdam rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədi ilə Ağdam Rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 2,0 (iki) milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.






Fikirlər