“Aqrolizinq” fermerlərə traktor paylayır - FOTOLAR
Tədbirdə respublikanın bütün regionlarından olan fermerler, sahibkarlar, alimlər, mütəxəssislər və nazirliyin müfaviq qurumlarının nümayəndələri iştirak edib.
"AzerTaym.az" Modern.az saytına istinadən xəbər verir ki, tədbirdə kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov Prezident İlham Əliyevin aqrar sahəyə göstərdiyi diqqət və qayğıdan danışıb, xüsusilə ölkə başçısı tərəfindən fermerlərə ayrılmış vəsaitlər hesabına ən müasir Avropa istehsalı olan kənd təsərrüfatı texnikalarının ölkəmizə gətirilərək sahibkarlara verilməsi, texnikaların ilkin dəyərinin 40 faizinin, gübrələrin 70 faizinin dövlət tərəfindən ödənilməsi barədə geniş məlumat verib.
Nazir müavini bildirib ki, artıq bu gün texnikaların alınmasında müraciətlər online rejimində həyata keçirilir, ötən il 1085 ədəd traktor güzəştli şərtlərlə fermerlərə verilib, bu il də ilkin müqavilə əsasında 600 ədəd traktorun verilməsi nəzərdə tutulur. Seyfəddin Talıbov güzəştlərin tətbiq olunmasının son nəticədə fermerlərin maddi vəziyyətinin yaxşılaşdırılmasına, əhalinin daxili istehsal hesabına ərzaqla təmin olunmasına öz töhvəsini verəcəyini xüsusilə vurğulayıb. Tədbir iştirakçıları bu ilin “Kənd təsərrüfatı ili” elan olunması və torpaq mülkiyyətçilərinə göstərdiyi diqqət və qayğıya görə ölkə başçısına öz minnətdarlıqlarını bildiriblər.
"AzerTaym.az"