Blogger Mehman Hüseynov tapıldı – Məhkəməyə aparılır (Yenilənir)
Dünəndən itkin düşən Mehman Hüseynov tapılıb. “AzerTaym.az”-ın verdiyi xəbərə görə, bu barədə vəkil Elçin Sadıqov məlumat verib. Jurnalist Xədicə İsmayılın sosial şəbəkədə yaydığı məlumata görə, Mehman Hüseynova 535.1 maddəsi (polisə müqavimət) ilə cinayət işi açılıb, birazdan məhkəməsi başlayacaq. O bildirib ki, M.Hüseynov Nəsimi RPİ 22-ci Polis Bölməsi əməkdaşları tərəfindən saxlanılıb və hazırda Nəsimi rayon məhkəməsinə aparılır. *** Gənc blogger Mehman Hüseynov yanvarın 9-u axşam saatlarında yoxa çıxıb. Bu haqda bloggerin dostları məlumat yayıb: “Mehman bizdən təxminən 8-in yarısı ayrılıb, başqa bir dostu ilə görüşməyə getdi. Sonra həmin dostu ilə də görüşməyib. Ondan bu yana da xəbər yoxdu, telefonu da bağlıdır”. Mehman Hüseynovun yoxa çıxması sosial şəbəkədə ciddi müzakirə mövzusuna çevrilib. Onun harada olduğu haqda heç bir məlumat yoxdur. Xatırladaq ki, Mehman Hüseynov bir neçə gün bundan əvvəl təqib olunduğu haqda məlumat yaymışdı.