Bakı Slavyan Universiteti Milli Qəhrəmana hörmətsizliyə AYDINLIQ GƏTİRDİ

Bakı Slavyan Universiteti Milli Qəhrəman Məhəmməd Həsənovun bu təhsil ocağına buraxılmaması xəbərinə aydınlıq gətirib. Universitetin mətbuat xidmətinin rəhbəri İbrahim Quliyev Modern.az-a bildirib ki, təhsil müəssisəsinə gəlməzdən öncə, rəhbərliyi xəbərdar etmək lazım idi.

Məhəmməd Həsənov öncə mənimlə görüşməli idi. Əgər, o, universitetə informasiya, məlumat almaq üçün gəlibsə, mənimlə əlaqə saxlamalı idi. Heç bir əlaqə saxlamadan gəlib və içəri keçmək istəyib.

Birincisi, mühafizəçi universitetin təhlükəsizliyinə baxır. Bu görüş qabaqcadan razılaşdırılmalı idi ki, onun nə vaxt gələcəyini bilim və bu barədə də mühafizəçiyə məlumat verim. Bu, belə olmalı idi.

İkincisi, hal-hazırda universitetdə imtahan sessiyası vaxtıdır. Belə məqamlarda imtahana müdaxilələr olmaması və şəffaf keçirilməsi üçün  kənar şəxslərin buraxılması məhdudlaşdırılıb”.

İbrahim Quliyev Məhəmməd Həsənovu içəri buraxmayan prorektor barəsində də dəqiqləşdirmə aparacağını deyib.

“Kimə zəng edilməsindən, hansı prorektora məlumat verilməsindən  xəbərim yoxdur.  Həmin vaxt hansısa prorektora zəng olubsa, onu dadəqiqləşdirəcəm.” 

AzerTaym.az

  






Fikirlər