“Bu, çıxış yolu deyil” – “Saytların dil MƏNZƏRƏSİ”
Bəzi qurumlar orfoqrafiya lüğətindən kommersiya məqsədi ilə istifadə etməyə çalışırlar. Trend-in məlumatına görə, bunu AMEA Dilçilik İnstitununun aparıcı elmi işçisi Şahlar Məmmədov “Saytların dil mənzərəsi” adlı tədbirdə deyib. Ş.Məmmədov bildirib ki, növbəti orfoqrafiya lüğətinin daha təkmil olması nəzərdə tutulur. Ş.Məmmədov deyib ki, buna baxmayaraq, saytların dilində yenə də ciddi qüsurlar var: “Yaxşı haldır ki, saytlara artıq ciddi təhsil almış şəxslər rəhbərlik etməyə başlayıblar. Amma çox təəssüf ki, bəzən sayt rəhbərləri bəzi mürəkkəb adları rus, ingilis və Türkiyə türkcəsində yazırlar və çıxış yolu kimi də həmin sözü dırnaq işarəsi arasında yazırlar. Ancaq bu, çıxış yolu deyil”. Ş.Məmmədov qeyd edib ki, saytlarda mürəkkəb cümlələrdə daha çox qüsurlara yol verilir. Əgər bu kimi qüsurlar aradan qalxmasa, dildə çox böyük uçurum yaranacaq.
Onun sözlərinə görə, televiziyaların dilindəki qüsurlar ildən-ilə azalır. Bu hal saytlarda da müşahidə edilir.