Nizami və Xətainin adları konyak şüşələrində- Tarixçidən REAKSİYA

Nizami və Xətainin adları konyak şüşələrində-Tarixçidən reaksiya

"Bu düşmən gülləsindən də betərdir"

"Böyük Nizami və Şah Xətainin adlarının konyak şüşələrinin üstünə vurulması millətin şərəfinə, tarixinə, keçmişinə, onun böyüklüyünə qarşı atılan ən böyük zərbədir. Bu düşmən gülləsindən də betərdir. Buna hüququ-mühafizə orqanları ciddi əhəmiyyət verməlidirlər. Bu həm də millətin təhlükəsizliyi məsələsidir." 
Bu sözləri Miq.Az-a açıqlamasında tanınmış tarixçi alim Dilavər Əzimli bildirib.
"Böyük Nizamiyə dünya ədəbiyyatınfa Şeyx Nizami kimi müraciət olunubdur. Bu cürmü sahib çıxırıq bu şəxsə... Belələrinin ucbatındandır ki, ona farslar sahib çıxmaqdadır. Şah Xətaiyə isə borcumuzu belə qaytarırıq. Sanki deyirik ki, Bütöv Azərbaycanı yaratdın, Türk dilini dövlət dili elan etdin, Türk dilində Divan yaratdın. Biz, övladların səni buna görə konyak şüşəsinə vurduq..Bunu edənlər düşünürlərmi ki, bu ölkədə ən Ali mükafat "Şah İsmayıl Xətai" mükafatıdır. Bu mükafatı Dağlıq Qarabağı azad edən sərkərdə alacaqdır. "-deyə Dilavər Əzimli bildirdi.
Dahi şəxsiyyətlərimizə sərgilənən bu kimi münasibətləri kəskin tənqid edən tarixçi alim Dilavər Əzimli qeyd etdi ki,  bu haqda ölçü götürməyi tələb etməliyik: "Baxın, bu adamlar bu dövlətin müqəddəs saydığı bir rəmzə də bu cür münasibət göstərir. Üzümü bütün qeyrətli sosial şəbəkə üzvlərinə tutub xahiş edirəm ki, bu məsələdə qətiyyət əks etdirəsiniz! Bizim tarixi şəxsiyyətlərimizi təhqir edənlər zamanında cəzalandırılmalıdır. Biz əlaqədər qurumlardan bu haqda ölçü götürməyi tələb etməliyik!"






Fikirlər