ADU-da ənənəvi Çin mebeli mövzusunda seminar KEÇİRİLİB

Fevralın 21-də Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda “Ənənəvi Çin mebelinin bədii xüsusiyyətləri” mövzusunda elmi seminar keçirilib. ADU-nun Konfutsi İnstitutunun Azərbaycan tərəfindən direktoru, professor Rafiq Abbasov Çində mebel ənənəsinin xüsusiyyətləri haqqında danışaraq, mebelin Çin interyeri sistemindəki rolunu xüsusi vurğulayıb.

AzerTaym.az xəbər verir ki, daha sonra ADU-nun nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun əməkdaşları Çin mebelinin əsas bədii, konstruktiv xüsusiyyətləri və formaları, ayrı-ayrı mebel detallarının simvolik mənaları, həmçinin dekor elementləri haqqında danışıblar.

Seminarda iştirak edən Azərbaycan Memarlıq və İnşaat Universitetinin Dizayn kafedrasının dosenti Nərgiz Ağayeva, Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin Dizayn və dekorativ-tətbiqi incəsənət kafedrasının müəllimi Vüqar Əliyev və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Dizayn kafedrasının tələbəsi SeyidağaKərimovçıxış edərək unikal rəng qamması və müvafiq dekoru ilə fərqlənən milli Azərbaycan koloriti ilə zəngin müasir interyerlər, interyerin mebel təchizatı prinsipləri və Azərbaycanda mebel istehsalının ənənələri haqqında danışıblar.

 






Fikirlər