Son 20 əsrlik tariximizin nadir HADİSƏSİ

Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamı ilə Mehriban Əliyeva Azərbaycan Respublikasının birinci vitse-prezidenti təyin edilib. Bu, müstəqil Azərbaycan tarixində xanıma göstərilən ən böyük etimaddır.

Məsələ ilə bağlı millət vəkili Məlahət İbrahimqızı Modern.az saytına açıqlama verib.

Hesab edirəm ki, 21 fevralı 20 əsrlik tariximizdə Azərbaycan qadınının ən yüksək uğur fəth etdiyi gün kimi dəyərləndirmək olar. Mehriban Əliyeva Azərbaycan Respublikasının birinci vitse-prezidenti təyin olunması ilə Azərbaycan qadının adını yüksəklərə qaldırdı. Azərbaycan qadının nəyə qadir olduğunu dünyaya çatdırdı”,-deyə bildirən deputat eyni zamanda bunun Azərbaycan qadın hərəkatının tarixində böyük və müqayisə olunmaz hadisə olduğunu vurğulayıb:

 “Azərbaycan tarixinin müxtəlif dövrlərində  hökmdar qadınlar olub. Amma indi başqa zamandı. Qloballaşan dünyada türk demokratik dəyərlərinin Azərbaycanda bərqərar olunduğu bir dövrdür. Bu gün sosial şəbəkələr əsrində yaşıyırıq. Dövrü, tarixi, məkanı müqayisə etsək, bütün parametrləri nəzərə alsaq, eləcə də Mehriban xanımın bu günə qədər gördüyü işləri də buraya əlavə etsək, deyə bilərik ki, böyük nailiyyətdir. Düşünürəm ki, Mehriban xanımın bu təyinatı Azərbaycan xalqının gələcəyi naminə görülən işlərə və  dövlətimizin imicini daha yüksək səviyyədə təmsil olunmasına böyük töhfə verəcək”.

Məlahət İbrahimqızı Mehriban Əliyevanın spesifik idarəetmə metodikası, insanlara münasibətində, problemlərin həll olunmasında özünəməxsusluğu haqqında  fikirlərini də bildirib. 
O istənilən problemlərin həll olunmasında humanızmə əsaslanır. İlk növbədə insanlara xidmət nöqteyi- nəzərindən yanaşır. Məhz bunlara görə də Mehriban xanım böyük nailiyyətlərə imza atıb. Mehriban xanımın imzası Azərbaycan xalqının imzasıdır. Mən ona uğurlar və can sağlığı arzulayıram”.






Fikirlər