“Absurddur, hamının xəbəri var idi” – “Azəravtoyol”dan növbəti AÇIQLAMA

_94878618_01fac0f9-0608-413e-9e2a-1a004a9939f9

Azərbaycan prezidenti İlham Əliyev şair Mikayıl Müşfiqin abidəsinin sökülməsindən ciddi narahat olub, prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib.

Onun sözlərinə görə, cənab Əliyev məsələnin hərtərəfli araşdırılması və günahkarların cəzalandırılması ilə bağlı aidiyyəti orqanlara tapşırıq verib, APA informasiya agentliyi yazır.
Heykəlin sökülmədiyini, sadəcə ərazidən götürüldüyünü bildirən “Azəravtoyol” şirkəti isə məqsədin “Mikayıl Müşfiqin adına laiq parkın salınması” olduğunu deyir.
Azəravtoyol-un sözçüsü Anar Nəcəfli “BBC Azərbaycanca”ya bildirib ki, parkın salınması ötən ilin yay aylarından başlayan Sovetski ərazisi, Füzuli meydanı ətrafı və Təzəpir məscidi istiqamətində geniş yenidənqurma və abadlıq işlərini əhatə edən Dövlət Proqramı çərçivəsində həyata keçiriləcək.
ana“Heykəlin yerləşdiyi kiçik ərazi idi, arxasında restoran var idi. O cür yerdə görkəmli şairimizin büstünün olması nə qədər məqsədəuyğun idi?”, qurum sözçüsü Anar Nəcəfli sual edib.
O deyir ki, büst sağlamdır və ərazidə yeni park salındıqdan sonra yenidən yerinə qaytarılacaq.

“Absurd”

Cənab Nəcəfli yenidənqurma işlərinin aidiyyatlı orqanlarla razılaşdırılmaması iddialarını rədd edib.
O deyib ki, ərazidəki işlər “dövlət proqramına uyğun aidiyyatlı qurumlarla razılaşdırılmış” şəkildə həyata keçirilir.
“Hamının xəbəri var idi”, deyən qurum sözçüsü Sovetski ərazisində gedən işlərdən dövlət orqanlarının məlumatsız olması iddialarını “absurd” adlandırıb.

1402729595_ebulfesBazar ertəsi büst götürüldükdən sonra sosial şəbəkədə geniş müzakirəyə səbəb olub və büstün dağıdıldığı barədə məlumatlar yayılıb.

Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev çərşənbə axşamı “abidənin götürülüməsi bizim hamımızı sarsıtdı” deyə çıxış edib və bu halı “tam məsuliyyətsiz yanaşma” adlandırıb.

Nazir bildirib ki, bu fakt Azərbaycan qanunlarına hörmətsizlik deməkdir:
“Müşfiqin heykəli Azərbaycanın dövlət əhəmiyyətli abidələri siyahısındadır. Ona görə də, abidənin götürülməsi mütləq müvafiq dövlət orqanları ilə razılaşdırılmalı idi. Çox narahatıq“, o deyib.

1D00F6B9-4EEC-4C05-B5AC-AC8CADDACA42_cx11_cy2_cw70_w1023_r1_sPrezident Əliyevin büstlə bağlı tapşırığından əvvəl Birinci vitse-prezidentin bacısı Nərgiz Paşayeva şair Mikayıl Müşfiqin büstünün sökülməsini kəskin pisləyib. O, bu halı ” vandalizim və barbarlıq” adlandırıb və hadisəyə məsul şəxsləri cəzalandırmağa çağırıb, haqqın.az yazır.

ilham_alievCənab prezident tarixi əhəmiyyət kəsb edən tikililərin, mədəniyyət abidələrinin qanunvericiliyə uyğun şəkildə aidiyyəti dövlət orqanları ilə razılaşdırmadan, icazəsiz sökülməsini yolverilməz hesab edir və bundan sonra da belə əməlləri törədənlər ciddi şəkildə cəzalanacaq”, Əli Həsənov qeyd edib.

Şair Mikayıl Müşfiq Azərbaycan sovet romantik poeziyasının əsasını qoyanlardan biri sayılır. O, 1937-ci ildə, pantürkizm və millətçilik ittihamı ilə həbs olunub və “xalq düşməni” elan olunaraq 12 mart 1938-ci ildə 29 yaşında güllələnib.
Onun heykəltəraş Münəvvər Rzayeva trəfindən hazırlanmış heykəli 1968-ci ildə İnşaatçılar prospektindəki bağda qoyulub.






Fikirlər