Bu müayinə Azərbaycanda ilk dəfə olaraq ATU-da - FOTO
Qadınlar ildə bir neçə dəfə ginekoloji və digər müayinələrdən keçməlidirlər. Xüsusilə də, süd vəzi ilə bağlı problem yaşayan qadınların dəqiq müayinə olunması vacibdir. Bu baxımdan bəzi müayinələr var ki, onlar yalnız Azərbaycan Tibb Universitetinin mütəxəssisləri tərəfindən aparılır. Klinikanın mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycanda ilk dəfə olaraq məhz Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasında süd vəzindən ifrazatın gəlmə səbəbini və mənşəyini təyin etməyə imkan verən müayinə aparılır. “Duktoqrafiya” adlanan bu müayinənin aparılmasına imkan verən cihaz ATU-nun Tədris Terapevtik Klinikasında mövcuddur. Əgər süd vəzindən qanlı ifrazat gəlirsə, bu zaman həm mammoqrafiya, həm də duktoqrafiya aparılmalıdır. Hazırda ATU-nun Tədris Terapevtik Klinikasında hər iki müayinənin aparılması üçün lazımi avadanlıq və uyğun şərait mövcuddur. Məlumat üçün qeyd edək ki, Duktoqrafiya müayinəsi uzun illər bu sahə ilə məşğul olan gənc mütəxəssis, ATU-nun Şüa diaqnostikası və terapiyası kafedrasının əməkdaşı, Tədris Terapevtik Klinikasının aparıcı Mammoloq-radioloqu Günel Qəmbərova tərəfindən aparılır. G.Qəmbərova hazırda ”Süd vəzinin qeyri-şiş mənşəli xəstəliklərinin erkən diaqnostikası” mövzusunda elmi iş yazır, bu mövzuya dair 40-dan çox elmi məqalələrin müəllifidir. AzerTaym.az