Fikrət Qoca öldürülən oğluna şeir yazdı - “Bu YAŞAMAQDIMI?...”
Xalq şairi Fikrət Qoca bir neçə gün öncə öldürülən oğlu Yalçın Qocaya şeir yazıb.
Xatırladaq ki, Yalçın Qocayevə baş nahiyəsindən küt alətlə xəsarət yetirilib. Y.Qocayev hadisə yerində ölüb. Hadisə ilə bağlı 3 nəfər tutulub.
Oğluma sonuncu layla
Mən səni qorudum uşaqlığından,
Mən səni qorudum cavanlığından,
Qorudum səni mən baba olunca
Demirəm izlədim, gəzdim dalınca…
Bu sözü atalar deyib əzəldən:
“Ac qarın özünü verər qılınca”.
Bəlkə yaxşı ata ola bilmədim
Səni öz əlindən ala bilmədim.
Sən öldün, amma mən ölə bilmədim.
İndi yaşayıram qalan vaxtımı.Yaşamaq…Yəni bu yaşamaqdımı?…
AzerTaym.az