25.01.2014. - 200 min ver, səni və ailəni öldürməyək
Bakıda quldurluqla məşğul olan şəxslər yaxalanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar Əjdər Talıbov və İsmət Məmmədov həmyerliləri Mirzə Mirzəyevi və onun ailə üzvlərini öldürəcəkləri ilə hədələyib 200.000 manat pul tələb ediblər. Hər iki şəxs aparılmış əməliyyat tədbirləri nəticəsində tutulub.
Faktla əlaqədar cinayət işi başlanıb.