Dünya Su Şurasının prezidenti: "Ceyranbatan Sutəmizləyici Kompleksi dünya səviyyəli BIR QURGUDUR"

dunya su surasinin prezidenti ceyranbatan sutemizleyici kompleksi dunya seviyyeli bir qurgudur

I Bakı Beynəlxalq Su Həftəsi  çərçivəsində Dünya Su Şurası İdarə Heyətinin  61-ci Toplantısının sonuncu günü İdarə Heyəti üzvlərinin Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksinə səfəri təşkil olunub.

 "Azərsu" ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən "APA-Economics"ə verilən məlumata görə, Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksi ilə tanış olan qonaqlara kompleks haqqında geniş məlumat verilib. Bildirilib ki, Bakı şəhəri və Abşeron yarımadasının keyfiyyətli və dayanıqlı içməli su təchizatına hesablanmış bu kompleksin yaradılmasının təşəbbüskarı prezident İlham Əliyev olub. 2011-ci ildə təməli qoyulmuş kompleks dövlət başçısının iştirakı ilə 28 oktyabr 2015-ci ildə istismara verilib. Məhsuldarlığı saniyədə 6,6 kubmetr olan kompleksdə 5280 ədəd membran tipli süzgəc quraşdırılıb. Süzgəclərdə emal prosesi insan əli dəymədən, heç bir kimyəvi təmizlənmə aparılmadan mexaniki üsulla həyata keçirilir və istehlakçılara verilən suyun təbii mineral tərkibi tam qorunub saxlanılır.

SCADA otağı ilə tanışlıq zamanı qonaqlara məlumat verilmişdir ki, ən yeni texnologiyaların tətbiq edildiyi kompleksdə bütün texnoloji proseslər tam avtomatlaşdırılıb. Emal prosesinin məsafədən idarə edilməsi SCADA sistemi ilə həyata keçirilir. Kompleksin ayrı-ayrı hissələrinin tikintisi və quraşdırılmasına bu sahədə dünyanın ixtisaslaşmış şirkətləri cəlb olunub. Kompleks 2016-cı ildə Abu Dabidə keçirilmiş Qlobal Su Sammitində dünyanın ən önəmli su layihələrindən biri seçilib.

 Dünya Su Şurası İdarə Heyətinin üzvləri Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksinə səfərin onlarda xoş təəssürat yaratdığını bildiriblər. Dünya Su Şurasının prezidenti Benedito Braqa qeyd edib ki, Azərbaycanda su təchizatı sahəsində ən müasir texnologiyaların tətbiqinə geniş yer verilir: "Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksi dünya səviyyəli bir qurğudur və Azərbaycanın bu sahədəki təcrübəsi digər ölkələr üçün nümunə sayıla bilər".

Komplekslə tanışlıqdan sonra Ceyranbatan Ultrasüzgəcli Qurğular Kompleksinin ərazisində yaşıllaşdırma aksiyası təşkil olunub. Dünya Su Şurası İdarə Heyətinin üzvləri Birinci Bakı Beynəlxalq Su Həftəsinə xatirə olaraq ağac əkiblər.
Daha sonra xarici qonaqlar "+82 Qərb" su anbarı və anbarın yerləşdiyi ərazidə salınmış Yasamal Parkı ilə tanış olublar. Dünya Su Şurası İdarə Heyətinin üzvlərinə məlumat verilib ki, "+82 Qərb" su anbarı Şollar-Bakı Su Qurğuları Kompleksinin əsas anbarlarından biridir. Tarixi memarlıq üslubunda 1 əsr əvvəl tikilmiş bu anbar Bakı şəhərinin içməli su təchizatında mühüm rol oynayır.Qeyd edək ki, 18 mart 2017-ci il tarixdə Dünya Su Şurası İdarə Heyətinin 61-ci toplantısı başa çatıb və I Bakı Beynəlxalq Su Həftəsi yekunlaşıb.AzerTaym.az
 dunya su surasinin prezidenti ceyranbatan sutemizleyici kompleksi dunya seviyyeli bir qurgudurdunya su surasinin prezidenti ceyranbatan sutemizleyici kompleksi dunya seviyyeli bir qurgudurdunya su surasinin prezidenti ceyranbatan sutemizleyici kompleksi dunya seviyyeli bir qurgudurdunya su surasinin prezidenti ceyranbatan sutemizleyici kompleksi dunya seviyyeli bir qurgudurdunya su surasinin prezidenti ceyranbatan sutemizleyici kompleksi dunya seviyyeli bir qurgudurdunya su surasinin prezidenti ceyranbatan sutemizleyici kompleksi dunya seviyyeli bir qurgudurdunya su surasinin prezidenti ceyranbatan sutemizleyici kompleksi dunya seviyyeli bir qurgudurdunya su surasinin prezidenti ceyranbatan sutemizleyici kompleksi dunya seviyyeli bir qurgudur






Fikirlər