Hansı ali məktəb daha yaxşı təhsil verir? - SORĞU

Azərbaycanda ali və orta ixtisas məktəblərinə 2017-ci ildə keçiriləcək qəbul imtahanlarında iştirak üçün abituriyentlərdən sənəd qəbulu başlayıb.

Bunu nəzərə alsaq, deyə bilərik ki, ali məktəbələrə və kolleclərə qəbul kampaniyası apreldən etibarən aktivləşəcək... Sənəd qəbulu, daha sonra sınaq, buraxılış, qabiliyyət, qəbul imtahanları, ixtisas seçimi, müsabiqə... 

Qeyd edək ki, bu il ali məktəblərə qəbul imtahanlarında bəzi yeniliklər var... Məsələn, abituriyentlərə iki dəfə qəbul imtahanında iştiraka icazə verilib.. Bir sözlə, qəbul kampaniyasının maraqlı keçəcəyi şbhə doğurmur.

Modern.az saytının budəfəki sorğusu da elə ali təhsil müəssisələri ilə bağlıdır. Sorğumuz belədir: “Hansı ali məktəb daha yaxşı təhsil verir?”.
Yaxşı təhsil deyəndə söhbət yəqin ki, bu kriteriyalardan gedir: ali məktəblərdə şəffaflıq, obyektivlik, normal müəllim-tələbə münasibətləri, informasiya-kommuniyasiya texnologiyalarına əsaslanan tədris, kitabxana təminatı, təcrübə vərdişlərinin aşılanması, büdcə vəsaitlərinin təyinatı üzrə xərclənməsi, professor-müəllim heyətinin məsuliyyəti, tələbə nizam-intizamı və s.  
Qeyd edək ki, universitetlərin çoxluğunu nəzərə alaraq, ali məktəblərlə bağlı sorğumuzu iki dəfə keçirəcəyik. İlkin mərhələdə 10 ali məktəbin adını qeyd edirik. Nəvbəti sorğumuz daha 10 təhsil ocağını əhatə edəcək.
Sorğumuza cavab vermək istəyən oxuculardan xahiş olunur ki, Modern.az-ın əsas səhifəsindəki sağdan ağağıdakı paneldə siyahıya baxıb, səs versinlər...

Siyahıda aşağıdakı adlar var:

Prezident Yanında Dövlət İdarəçilik Akademiyası
Azərbaycan Dövlət İqtisad Universiteti
Bakı Dövlət Universiteti
Bakı Ali Neft Məktəbi
Azərbaycan Dillər Universiteti
Bakı Slavyan Universiteti
Azərbaycan Dövlət Pedaqoji Universiteti
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti
Azərbaycan Texniki Universiteti
Azərbaycan Tibb Universiteti

AzerTaym.az






Fikirlər